Bakının Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə Mərkəzləri qeyri-iş günlərində (31 dekabr - 4 yanvar tarixlərində) fəaliyyət göstərəcək. Bu barədə 27 dekabr tarixində Report Dövlət Yol Polisi İdarəsinə istinadən məlumat verib.
Vətandaşlar qeyri-iş günlərində saat 09:00-dan 18:00-dək Texniki Müayinə Mərkəzlərinə yaxınlaşaraq nəqliyyat vasitələrini texniki baxışdan keçirdə bilərlər.