Bakının Yasamal rayonunda körpü üzərində “Qələbə dairəsi” istiqamətində noyabr ayının 20-i və 21-də hərəkət məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Yolların bağlanmasının səbəbi Əbdülvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsünün temperatur şovlarının yenilənməsidir.
Bildirilir ki, alternativ olaraq sürücülər Əbdülvahab Salamzadə küçəsinin sağ kənar yolundan istifadə edə bilərlər.