Dövlət Sərhəd Xidməti oktyabrın 22-də Azərbaycan-Ermənistan sərhədinin 211 hektar ərazisində və Azərbaycan-İran sərhədinin 77 hektarlıq sahəsində aşkarlanan minaların sayını açıqlayıb. Ümumilikdə 1 370 ədəd piyada əleyhinə, 1 438 ədəd tank əleyhinə mina, 218 ədəd partlamamış hərbi sursat, 50 ədəd silah və ləvazimat, 9 560 ədəd müxtəlif çaplı sursat, partladıcı və alışdırıcı vasitə aşkarlanıb.
İşğaldan azad olunan ərazilərdə minaların və partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi işləri davam edir.