Noyabrın 12-də Azərbaycan vətəndaşı ABŞ-dan gətirilən telefonları gömrük nəzarətindən gizli keçirtməyə cəhd etdiyinə görə saxlanılıb. Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verib.
Məlumata əsasən, saxlanılan şəxsin “Mercedes E240” markalı avtomobilində gizlədilən 22 “iPhone 13 PRO” aşkarlanıb.
Faktla bağlı araşdırma davam edir.
Daha öncə, noyabrın 1-də İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı sərhəddən 47 mobil telefon keçirtməyə çalışmışdır.