Saatlı rayonunun Qara Nuru kəndində yanğın baş verib. Bu barədə dekabrın 18-də APA məlumat paylaşıb.
Hadisə nəticəsində ümumi sahəsi 187 kvadratmetr olan ikimərtəbəli yaşayış evi tam yanıb. Məlumata əsasən, yanğın evin dam örtüyündən başlayıb, daha sonra isə ikinci mərtəbəni əhatə edib. Alov zərərçəkmişin qardaşının evinə də keçib.
İlkin ehtimala görə, yanğına səbəb evin dam örtüyündə qısa qapanmanın baş verməsi olub.
Faktla bağlı araşdırma davam edir.