Aprelin 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq.
Arabir güclənən şimal-qərb küləyi səhər mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda gecə 8-10°, gündüz 14-16° isti olacaq.
Rayonlarda hava yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12°, gündüz 17-22° isti, dağlarda gecə 2-6°, gündüz 9-14° isti olacaq.