Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq.
Rayonlarda hava əsasən yağmursuz keçəcək, lakin axşama doğru bəzi qərb rayonlarında az yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-5° isti olacaq.