Martın 16-da Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Abşeron yarımadasının şimal hissəsində yağıntının qısa müddətə sulu qara keçməsi ehtimal edilir. Yağıntı axşama doğru tədricən kəsiləcək.
Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda gündüz 5°, axşam 2° isti olacaq.
Rayonlarda havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 16°-dək şaxta, gündüz 3-8° şaxta olacaq.