Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14-cü kilometrində aprelin 24-ü saat 05:00-dan 06:00-dək hərəkət qismən məhdudlaşdırılacaq. Bu haqda Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Səbəb həmin hissədə yerüstü piyada keçidinin üst konstruksiyasının quraşdırılmasıdır.