26 aprel tarixindən bəzi rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə 25 aprel tarixində “Azəriqaz” İstehsalat Birliyi məlumat verib.
Məlumata əsasən, aprelin 26-29-da “Mozdok-Qazıməmməd” magistral qaz kəmərində tikinti quraşdırma işlərinin yerinə yetirilməsi və yenidən qurulan boru kəməri hissəsinin mövcud magistral qaz kəmərinə birləşdirilməsi məqsədilə qazın nəqli dayandırılacaq.
Bildirilib ki, təmir işləri zamanı Quba rayonunun tam olaraq, Xaçmaz rayonu üzrə Xaçmaz şəhəri daxil olmaqla, 65 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Həmçinin işin gedişatından asılı olaraq aprelin 29-da Qusar rayonunun tam olaraq, Xaçmaz rayonu üzrə isə qalan 2 qəsəbə və 45 kəndin qaz təchizatının məhdudlaşdırılması ehtimalı mövcuddur.