Bakıda və Abşeron yarımadasında martın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə İnsanoid.com Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə arabir duman olacaq.
Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 13-18° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.