Bakıda və Abşeron yarımadasında aprelin 6-da havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda gecə 8-10°, gündüz 16-18° olacaq.
Rayonlarda gecə və axşam bəzi yerlərdə hava yağıntılı olacaq. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12°, gündüz 23-28°, dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacaq.