Bakıda və Abşeron yarımadasında dekabrın 29-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-11° isti, Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacaq.
Rayonlarda hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.