Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Bakıda gecə müsbət 6-8°, gündüz müsbət 10-12° olacaq.
Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 3-8° isti olacaq.