Yanvarın 2-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 4-6° isti, gündüz 8-11° isti olacaq.
Rayonlarda havanın yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.