Bakıda və Abşeron yarımadasında dekabrın 24-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, qarın ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 1° şaxtadan 1°-dək isti, gündüz 3-5° isti olacaq.
Rayonlarda havanın yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 2-7° şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.