Sumqayıt şəhərinə giriş-çıxış yeri ilə kəsişən hissədə 13-16 oktyabr saat 06:00-dan 21:00-dək nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Buna səbəb Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 29-31-ci kilometr aralığında əsaslı təmir işlərinin aparılmasıdır.
Məsələ ilə bağlı Dövlət Yol Polisi İdarəsinin rəisi Namidan Piriyev məlumat verib. Onun sözlərinə görə, sürücülər Sumqayıta “SOCAR” yanacaqdoldurma məntəqəsinin yanından, H.Z.Tağıyev qəsəbəsindən gedə bilərlər.
“Avtomobillər Quba, Qusar və Xaçmaz rayonlarına hərəkətlərini davam etdirə bilərlər. Bununla yanaşı, Sumqayıta alternativ yol olaraq Saray və Novxanı qəsəbələrindən daxil olmaq olar”, - deyə idarə rəisi qeyd edib.