Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 21-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacaq.
Rayonlarda havanın arabir yağıntılı olacağı, dağlarda qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.