Abşeron dairəvi dəmir yolu xəttində yaranmış sərnişin sıxlığını aradan qaldırmaq məqsədilə 21 oktyabr tarixindən bu xətt üzrə hərəkət edən qatarların sayı artırılacaq. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC bildirib.
Bakı-Pirşağı-Sumqayıt istiqamətində olan reyslərin sayı 12-dən 16-ya, əks istiqamətdə isə 13-dən 17-yə artırılıb, eləcə də bəzilərinin vaxtında dəyişiklik edilib.
O cümlədən Xırdalanla Bakı arasında sərnişin axınının güclənməsi müşahidə olunduğundan Bakı-Xırdalan istiqamətində 6003, Xırdalan-Bakı istiqamətində isə 6008 nömrəli qatarlar əlavə olunub.
Qeyd edək ki, qurum yeni cədvəlləri də təqdim edib. Əlavə olunmuş reyslər qırmızı, dəyişiklik olunmuş reyslər isə sarı rənglə fərqləndirilib.
[URIS id=10864]