Bakı Nəqliyyat Agentliyi tərəfindən yeni 9 nömrəli şəhərdaxili müntəzəm marşrut təşkil edilib. Bu barədə 25 aprel tarixində Agentlik məlumat verib.
Məlumata əsasən, aprelin 26-dan fəaliyyətə başlayacaq 9 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Yasamal yaşayış kompleksi (MİDA) və “Kristal Abşeron” yaşayış kompleksi, “İnşaatçılar” və “20 Yanvar” metro stansiyaları, son dayanacaq məntəqəsi “Nəriman Nərimanov” metro stansiyası olmaqla hərəkət edəcəklər.
Qeyd olunub ki, marşrut xətti üzrə gediş haqqı 0,30 manat təşkil edir və ödəniş nağdsız formada - “BakıKart”la olacaq.
[gallery columns="1" link="file" size="full" ids="44195"]