Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Bu barədə İnsanoid.com Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.