Bakının Səbail rayonunda yerləşən evdə yanğın baş verib. Bu haqda mayın 3-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Belə ki, bir dam altında tikilən 2 ailənin yaşadığı evin yanar konstruksiyaları və dam örtüyü alovlanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Trend-in yaydığı xəbərə görə, bununla yanaşı paytaxtın digər rayonunda da yanğın olub. Bildirilib ki, hadisə Xətaidəki qəbiristanlıqda qeydə alınıb.
Hər iki yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb.