Almaniyada yaşayan azərbaycanlı tələbə Tamerlan Təhməzov itkin düşüb.
Lent.az-ın xəbərinə görə, bu barədə həmin ölkədə yaşayan həmyerlilərimiz məlumat veriblər.
Bildirilir ki, T. Təhməzov Berlin şəhərində doktorantura üzrə təhsil alır. O, bir neçə gündür ki, itkin düşüb və ailəsi ondan xəbər ala bilmir.
Həmçinin qeyd olunub ki, son günlər Tamerlanda psixoloji problemlər yaranıb, hətta yaşadığı yerə də getməyib.
Onun tapılması üçün polisə müraciət edilib. Hazırda tədbirlər görülür.
Qeyd edək ki, Tamerlan Təhməzov sabiq Baş nazir müavini Əli Təhməzovun oğludur.