Milli Məclisin sabiq deputatı olan və həbsxanada vəfat edən Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov aprelin 13-də saxlanılıb. Bu barədə Trend Daxili İşlər Nazirliyinə istinadən xəbər yayıb.
Elşən Cəbrayılov “dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə” maddəsilə ittiham olunur.
Onun qardaşı Rafael Cəbrayılov 2021-ci il sentyabrın 30-da COVID-19 infeksiyasından müalicə aldığı Yeni Klinikada dünyasını dəyişib. Deputat dələduzluqda ittiham olunmuşdur və onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. O, 11 nəfərin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini ələ keçirmişdir.