Oğurluqda təqsirləndirilən sabiq polis əməkdaşının qızı F.Quliyevanın cinayət işi üzrə məhkəmə noyabrın 24-də başa çatıb. Bu barədə Report məlumat verib.
Hökmə əsasən, saxlanılan şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin zərərçəkmişin mülki iddiası 55 660 manat məbləğində təmin olunub.
İttihama görə, 2018-ci ildə Bakının Nizami rayonunda F.Quliyeva qonşusunun evindən 79 450 manatlıq oğurluq edib.
Təqsirli bilinən şəxs törətdiyi əməli boynuna almayıb.