Sabirabad rayonunun Minbaşı bələdiyyəsinin sabiq sədri Urufulla Qocayevə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Bu haqda martın 11-də Report xəbər verib.
Məlumata əsasən, o, 8 il 6 ay müddətinə həbs edilib.
Lakin sabiq sədr məhkəmənin hökmündən narazı qalaraq apellyasiya şikayəti verib. Hazırda şikayət Şirvan Apellyasiya Məhkəməsində araşdırılır.
Urufulla Qocayev 2021-ci ilin iyun ayında saxlanılıb. O, “dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə”, “rüşvət alma təkrar törədildikdə”, “rüşvət alma külli miqdarda törədildikdə”, “rüşvətə təhrik etmə” və “vəzifə saxtakarlığı” maddələrilə ittiham olunub.