Sabirabadda həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən şəxsin cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə 12 yanvar tarixində Report xəbər verib.
Məhkəməyə hazırlıq iclası yanvarın 21-də keçiriləcək.
Hadisə 2021-ci ilin iyun ayında baş verib. 1996-cı il təvəllüdlü Suqovuşan kənd sakini 1985-ci il təvəllüdlü şəxsi bıçaqlayıb. Zərərçəkənin həyatını xilas etmək mümkün olub. O, ilkin ifadəsində iribuynuzlu heyvanın hücumuna məruz qaldığını söyləyib. Lakin aparılan araşdırma zamanı onu həmkəndlisinin bıçaqlağıdı müəyyən edilib.