Sabirabad rayonunun Qalağayın kəndində bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə aprelin 23-də Fövqəladə Hallar Nazirliyi xəbər verib.
“KamAZ” markalı yük avtomobili "BMW" markalı minik avtomobili ilə toqquşub. Yaralanaraq sıxılı vəziyyətdə qalan "BMW" markalı avtomobilin sürücüsü deformasiyaya uğrayan maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.