21 avqust tarixində Sabirabad rayonunun Əsgərbəyli kəndində güllələnmə hadisəsi baş verib. Bu barədə Report məlumat verib.
Saatlı rayon sakini ov tüfəngi ilə arvadını və qayınatasını qətlə yetirib və daha sonra özünü öldürüb. İlkin məlumata görə, qətl hadisəsi ailə münaqişəsi zamanı baş verib. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda 2021-ci ilin yanvar-iyun ayları ərzində 15 minə yaxın cinayət qeydə alınıb. Onlardan qəsdən adam öldürmə və adam öldürməyə cəhdlərin sayı 109 təşkil edir.