Sabirabadda iki taksi sürücüsünə bıçaqla xəsarət yetirərək, pullarını quldurluq yolu ələ keçirən şəxs saxlanılıb. Bu barədə 16 dekabr tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Aparılan araşdırmalar nəticəsində saxlanılmış şəxsin daha 5 taksi sürücünün pullarını quldurluq və dələduzluq yolu ilə ələ keçirdiyi də müəyyən olunub.
Faktla bağlı cinayət işi açılıb.