Sabirabad şəhərinin 6 mərkəzi küçəsinə şəhidlərin adları verilib. Bu barədə 3 may tarixində Report məlumat verib.
Məlumata əsasən, bunlar Aprel döyüşləri şəhidi, Azərbaycanın Milli Qəhrəmanı polkovnik-leytenant Murad Mirzəyev, Vətən müharibəsi şəhidləri Şahlar Cəfərov, Anar Məmmədov, Aqşin Quliyev, Firavan Əsgərov və Fərhad Məlikzadədir.
Qeyd olunub ki, sözügedən şəhidlərin hamısı Sabirabad rayonunda anadan olublar.
[URIS id=45813]