Sabirabadda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb. Bu haqda dekabrın 13-də DİN məlumat paylaşıb.
Belə ki, rayon sakini Nazim Vəliyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin o, təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.
Onun bu hərəkətinin qarşısı tez alınaraq, dərhal evinə qaytarılıb. Əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.