Sabirabadda orta məktəbdə 12 nəfər zəhərlənib. Bu barədə İnsanoid 26 sentyabr tarixində Baş Prokurorluğa istinadən xəbər verir.
Rayonun Axtaçı Muğan kəndində sentyabrın 25-də 11 nəfər şagird və 1 nəfər müəllim olmaqla cəmi 12 nəfər şəxs qida zəhərlənməsi diaqnozu ilə Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
İlkin araşdırma zamanı həmin şəxslərin məktəbdə şagirdlərdən birinin doğum günü mərasimində qəbul etdikləri qidalardan zəhərlənmələri müəyyən edilib.
Hazırda vəziyyəti qənaətbəxş olan 12 nəfər şəxs tibbi yardım göstərildikdən sonra xəstəxanadan evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.