Sabirabad fermerlərinin payızlıq əkinlərini bəyan edə bilmələri üçün Kənd Təsərrüfatı Nazirliyinin mikroavtobusları səyyar xidmət göstərməyə başlayıblar. Bu barədə 16 noyabr tarixində Nazirliyin səhifəsində məlumat verilib.
Rayonda artıq 860 fermerə səyyar aqrar xidmət göstərilib.
Təşkil olunan xidmətin əsas məqsədi əkin bəyanlarının vaxtında təqdim olunması üçün fermerlərə köməklik göstərməkdir.
Bundan öncə Şəki rayonunun kəndlərində aqrar səyyar xidmət təşkil olunmuşdur. Sözügedən rayonda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmək üçün 2100-dən artıq fermerə köməlik göstərilmişdir.
Növbəti həftələrdə respublikanın digər regionlarında da səyyar aqrar xidmət təşkil olunacaq.