Sabirabadda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb. Bu haqda dekabrın 31-də Daxili İşlər Nazirliyi məlumat yayıb.
Rayon sakini COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edib. Polis əməkdaşları onu tibbi prosedurları gözləməklə evinə qaytarıb.
Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırmalar aparılır.