Sabunçu rayonunda yanvar ayının əvvəlindən bu günə kimi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 nəfər saxlanılıb.
DİN-dən yanvarın 29-da verilən məlumata görə, əməliyyatlar Zabrat, Bakıxanov, Balaxanı, Pirşağı, Maştağa və digər qəsəbələrdə keçirilib.
Saxlanılan şəxslərdən ümumilikdə 4 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə aşkar edilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bu şəxslərin hər biri barəsində araşdırmalar başlanılıb.