top
Səhiyyə Nazirliyində Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forum iştirakçılarının bir qrupu ilə görüş keçirilib
16 oktyabr 2024, 23:14
- ↺ +

Səhiyyə Nazirliyində Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forum iştirakçılarının bir qrupu ilə görüş keçirilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Səhiyyə Nazirliyində Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forum iştirakçılarının bir qrupu ilə görüş baş tutub.

Səmimi şəraitdə keçən görüşdə səhiyyə naziri Teymur Musayev uşaqların hüquqlarının qorunması və müdafiəsinin Azərbaycan dövlətinin prioritetləri sırasında olmasını diqqətə çatdırıb: “Prezident İlham Əliyev uşaqların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı göstərir. Dövlət başçısının Sərəncamı ilə 2009-cu il “Uşaq ili” elan edilib”.

Tədbirin mahiyyətini vurğulayan Teymur Musayev deyib: “2009-cu ildən etibarən hər üç ildən bir Azərbaycan Uşaqlarının Ümumrespublika Forumu keçirilir. Forum uşaqların sosial fəallığının artırılması və dövlət siyasətinin həyata keçirilməsində onların fəal iştirakının təmin edilməsi, habelə dövlət orqanlarının, ictimaiyyət və vətəndaş cəmiyyətinin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla da, Forum uşaqlara öz problemlərini səsləndirmək, təşəbbüslərlə çıxış etmək və tövsiyələr vermək imkanı yaradır.”

Səhiyyə naziri Forumun uşaqların həyatında əhəmiyyətli hadisə kimi, eyni zamanda onların gələcək inkişafında mühüm olmasına əminliyini bildirib.

Azərbaycanın qəhrəman övladları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birini yazıblar. Şəhidlərimizin qanı, eyni zamanda əsgər və zabitlərimizin döyüşlərdə göstərdiyi böyük fədakarlığı hesabına 30 illik həsrətə son qoyulub. Ola bilsin ki, sizin aranızda kimsə Qarabağ Universitetinin məzunu olacaq. Burada əyləşən şagirdlərdən biri tanınmış alimi və ya gələcəyin həkimidir”, - deyə səhiyyə naziri fikrini tamamlayıb.

Səmimi görüşə görə nazirə təşəkkür edən uşaqlar dövlətimizin onlara olan qayğısını hər zaman hiss etdiklərini deyiblər. Uşaqlar, həmçinin 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar müxtəlif tədbirlərdə fəal iştirak etdiklərini, bunun isə öz növbəsində onlarda bu mövzuya maraq doğurduğunu bildiriblər.

Forum mövzusuna toxunan qonaqlar qeyd ediblər ki, tədbirdə paytaxt və bölgələrdən 300-dən artıq, həmçinin qardaş Türkiyədə 10 uşaq iştirak edəcək. Çıxışçılar tədbirin unikal qabiliyyətə və analitik təfəkkürə malik uşaqların seçilməsi üçün yaxşı imkan olduğunu vurğulayıblar.

Sonra Teymur Musayev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forum iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Forum iştirakçılarına Səhiyyə Nazirliyi tərəfindən xatirə hədiyyələri təqdim olunub. Sonda qonaqlar Səhiyyə Tarixi Muzeyi ilə tanış olublar.

Son xəbərlər

Cəmiyyət
Dünən, 15:57

Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib

Cəmiyyət
Dünən, 15:56

Ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

Cəmiyyət
Dünən, 15:52

Oktyabrda 24 aptekdə nöqsan aşkarlanıb

Cəmiyyət
Dünən, 15:51

Azərbaycandan Gürcüstana qanunsuz dizel və qəlyan tütünü keçirilməsinin qarşısı alınıb

Cəmiyyət
Dünən, 15:42

Bakıda təhsil işçiləri metro və avtobusa 1 qəpik ödəyəcəklər

Cəmiyyət
Dünən, 15:38

Vüqar Bayramov: "Kredit götürən şəxs işsiz qalmaq riskindən sığortalanacaq"

Cəmiyyət
Dünən, 15:10

Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib

Cəmiyyət
Dünən, 13:24

"Araz Supermarket" barədə protokol tərtib olunub

Cəmiyyət
Dünən, 13:17

X–XI siniflərdə geyim qaydalarına riayət etməyən və dərsə gəlməyən şagirdlərə attestat verilməsi prosesinə aydınlıq gətirilib

Cəmiyyət
Dünən, 13:04

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Siyasət
Dünən, 12:56

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

Cəmiyyət
Dünən, 12:21

Firudin Qurbanov vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib

İqtisadiyyat
Dünən, 12:07

ZachXBT: "Binance" birjası əməkdaşının Şimali Koreyalı qadın casusla sevgi münasibəti səbəbindən 6 milyard dollar oğurlanıb"

Cəmiyyət
Dünən, 12:01

İrandan Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

Cəmiyyət
Dünən, 11:52

"Halloween"i tənqid edən Sinan Akçılın arxiv fotosu ortaya çıxdı

Cəmiyyət
Dünən, 11:45

Vergi yoxlamasından yayınmaq müqabilində 200 min manat rüşvət almaqda ittiham olunan üç vəzifəli şəxsin işi məhkəməyə göndərilib

Cəmiyyət
Dünən, 11:44

84 yaşlı Amitabh Baççan gülləkeçirməz şüşə arxasında azarkeşləri ilə görüşüb - VİDEO

Cəmiyyət
Dünən, 11:38

"O, həddindən artıq populyarlaşır. Bu, məni sevindirmir" - Tramp Rubio barədə

Cəmiyyət
Dünən, 11:34

Media və Yayım Şurası: Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlər yayılır

Cəmiyyət
Dünən, 11:04

Kimi Antonelli "Formula-1" tarixinin ən gənc çempionu olub

Cəmiyyət
Dünən, 10:23

DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

İqtisadiyyat
31 oktyabr 2026, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
31 oktyabr 2026, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
31 oktyabr 2026, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Oxşar xəbərlər