Bu səhər saat 5 radələrində Salyan rayonunun Qarabağlı kəndi ərazisində küçədən yeni doğulmuş (bir neçə günlük) qız uşağı tapılıb. Bu barədə 12 sentyabr tarixində Report məlumat verib.
Körpə uşaq xəstəxanaya təhvil verilib.
Faktla bağlı araşdırmalara başlanılıb.