Salyanda qanunsuz olaraq narkotik vasitələri saxlamaqda təqsirləndirilən şəxsə yanvarın 7-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. O, 9 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Report məlumat paylaşıb.
O, həmçinin 2 500 manat məbləğində cərimələnib.
Həbs edilən şəxs daha öncə, 2021-ci ilin iyul ayında saxlanılıb. Onun evindən 14 kiloqram 775 qram qurudulmuş marixuana, həyətyanı sahəsindən isə yetişdirilmiş 19 kiloqrama yaxın çətənə kolu aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb.