Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb. Bu haqda aprelin 30-da Report məlumat yayıb.
Salyan rayonu ərazisində Bakı şəhər sakini Əbülfəz Hacıyev idarə etdiyi “Khazar” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılmışdır.
Daha sonra onun narkotik vasitə qəbul etməsi müəyyən edilmişdir. O, Salyan rayon Məhkəməsinin qərarı ilə 500 manat məbləğdə cərimələnmişdir.