Şamaxıda 29-30 sentyabr və 1 oktyabr tarixlərində Üzüm və Şərab Festivalı keçiriləcək. Bu barədə İnsanoid bu gün, 5 sentyabr tarixində Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
3 gün davam edəcək festival Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən təşkil ediləcək. Bu festival ilk dəfə 2019-cu ildə keçirilib.
Festivalda üzüm istehsalı və şərabçılıqla, ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlər olacaq.
Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisi sərgi, əyləncə, uşaq, piknik, suvenir və digər zonalara bölünəcək, şərab və yemək pavilyonları quraşdırılacaq.
Tədbirdə iştirak iTicket.az saytı vasitəsilə mümkündür.