Şəmkirdə aprelin 25-də saat 15:00 radələrində avtomobil yolu keçən piyadanı vuraraq öldürüb. Bu barədə Report aprelin 26-da xəbər verib.
Gədəbəy rayon sakininin idarə etdiyi “VAZ-20174” markalı avtomobil yolu keçən şəxsi vurub. Nəticədə piyada dünyasını dəyişib.
APA-nın paylaşdığı məlumata görə, Qubada da aprelin 25-də saat 17:00 radələrində piyada yol qəzasında həlak olub. Onu həmyerlisi idarə etdiyi “VAZ-21015” markalı avtomobili ilə vurub.
Faktlarla bağlı araşdırmalar davam edir.