Azərbaycan-Rusiya sərhədində yerləşən “Samur” gömrük postunda Rusiyaya hərəkət edən 1000-dən çox yük maşınlarının uzun növbəsi yaranıb. Bu barədə oktyabrın 19-da APA məlumat yayıb.
Sıxlığın səbəbi mövsümlə əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artmasıdır.
“3-4 gün ərzində sıxlıq aradan qaldırılacaq”, - deyə gömrük postundan əlavə ediblər.
“Samur” gömrük postu vasitəsilə gündəlik 250-ə qədər yük avtomobilinin qarşı tərəfə keçidi təmin edilir.