Samuxda qətl törətməkdə təqsirləndirilən çobana hökm oxunub. O, 12 il müddətinə azadlıqdan məhrum edilib. Bu haqda dekabrın 24-də Report məlumat yayıb.
Hadisə 2021-ci il iyulun 29-da saat 23:00 radələrində baş verib. Sözügedən şəxs çalışdığı fermada Gəncə şəhər sakininə bıçaqla çoxsaylı xəsarətlər yetirib. Mərhum ferma sahibi olub.
Azərbaycanda 2021-ci ilin birinci yarısında 15 minə yaxın cinayət hadisəsi baş verib. Onlardan qəsdən adam öldürmə və adam öldürməyə cəhdlərin sayı 109 təşkil edib.