Sankt-Peterburqda 2020-ci ildən Üzeyir Hacıbəylinin adını daşıyan bağda bəstəkarın abidəsinin təməli qoyulacaq. Bu barədə sentyabrın 20-də forumun rəsmi səhifəsində məlumat verilib.
Azərbaycan noyabrın 11-dən 13-dək keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda fəxri qonaq qismində iştirak edəcək.
Məlumata əsasən, rəsmi nümayəndə heyətinə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov başçılıq edəcək.
Forum çərçivəsində Sankt-Peterburqun Mariinski Teatrında bəstəkar Fikrət Əmirovun “1001 gecə” baleti nümayiş olunacaq, azərbaycanlı caz ifaçılarının konserti keçiriləcək və gənc kinorejissorların filmləri təqdim olunacaq.