Aprelin 21-də saat 22:00 radələrində Astarada, Xəzər dənizinin sahilində "Opel Astra" markalı avtomobildən iki nəfər düşərək sahibsiz yarımtikilidən 1 ədəd bağlama götürüb. Bu barədə Dövlət Sərhəd Xidməti aprelin 23-də xəbər verib.
Ərazidən uzaqlaşmağa çalışan iki Bakı şəhər sakini tutulub. Onlardan biri sərhədçilərə bıçaqla müqavimət göstərməyə cəhd edib.
Avtomobili sərhədçilərin üzərinə sürərək hadisə yerindən uzaqlaşmağa çalışan 31 yaşlı sürücü də saxlanılıb.
Saxlanılan şəxslərin bağlamasından 7 kiloqram 755 qram marixuanaya bənzər narkotik vasitə aşkarlanıb.
Faktla bağlı araşdırma davam edir.