Saxta peyvənd sertifikatı düzəldən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib. Bu haqda yanvarın 10-da Report məlumat verib.
Abşeron Rayon Mərkəzi Xəstəxanasının Mehdiabad Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri 67 nəfərə “Sinovac” peyvəndi ilə vaksinasiya olunmalarına dair sənəd verib. Qanunsuz əməllərini ört-basdır etmək üçün isə 2 min 700 manat dəyərində 130 ədəd peyvənd flakonunu boşaldaraq tullamışdır.
Cinayət işi “ağır nəticələrə səbəb olan səhlənkarlıq” maddəsi ilə məhkəməyə göndərilmişdir.