Sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlayıb.
İnsanoid Report-a istinadən xəbər verir ki, bu proses avqustun 24-də Naxçıvan və digər ucqar bölgələrdən, avqustun 26-da isə digər dairələrdən başlayaraq üç gün davam edəcək. Bülletenlərin təhlükəsiz daşınması və saxlanması Daxili İşlər Nazirliyinin nəzarətində olacaq. Avqustun 15-dən seçki bülletenlərinin çapına başlanılıb və 6,516,567 bülleteni çap edilib.
Seçki bülletenləri dairə seçki komissiyalarına paylandıqdan sonra, səsvermə gününə üç gün qalmış məntəqə seçki komissiyalarına çatdırılacaq.