Şirvan şəhərində fəhlə mağazada xəsarət alıb. Bu barədə aprelin 29-da Baş Prokurorluq məlumat yayıb.
İnsident aprelin 26-da saat 17:00 radələrində baş verib. Fəhlə yük avtomobilindən taxta materiallarının boşaldılmasına köməklik edərkən yükləyicinin tiyəsi ilə taxta arasında qalıb. O, “baş-beyinin kəskin qan dövranı pozğunluğu” diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qeyd edilib ki, yaralı şəhərdə yerləşən tikinti materiallarının satışı mağazasında işləyir.
Faktla bağlı “əmək mühafizəsi qaydalarını pozma” maddəsilə cinayət işi başlanılıb.