İsmayıllı rayonunda yanğın baş verib. Nəticədə 79 yaşlı qadın evdə yanaraq həlak olub. Bu barədə yanvarın 13-də Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
İnsident rayonun Quşencə kəndində baş verib. Ümumi sahəsi 320 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü yanıb. Mərhumun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
FHN-nin hesabatına əsasən, Azərbaycanda ötən ilin 9 ayı ərzində 1 805 yanğın hadisəsi baş verib.